• Film Casting
  • Film Casting
  • Film Casting

YENİ MƏLUMATLAR

Aktyor Ramiz Novruz aramızdan ayrıldı

Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli sənətkar, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz 67 yaşında vəfat edib.

Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə anadan olub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb.

ƏTRAFLI

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi

Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix İndonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub.

Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıb. "Layla Majnun"un premyerası fevralın 11 - də baş tutacaq.

ƏTRAFLI

Aktyor Əjdər Həmidov aramızdan ayrıldı

Tanınmış teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artist Əjdər Həmidov bu gün vəfat edib. Əjdər Həmidov insultdan əziyyət çəkirdi  və bu səbəbdən, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Əjdər Həmidov 28 sentyabr 1953 - cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olmuşdur. 1979 - cu ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini,

ƏTRAFLI

Xaç Atası - III: İkinci doğuluş

Mario Püzonun 1969 - cu ildə işıq üzü görmüş eyniadlı romanının motivləri əsasında rejissor Frensis Ford Koppolanın quruluş verdiyi, kinematoqrafiya tarixinin ən yaxşı qanqster dram filmi hesab olunan "Xaç atası" filmi 70 - ci illərin ən baxımlı və düşündürücü sənət nümunələri içində özünə yer tutub. İlk çəkilişdən sonra növbəti iki versiyanın çəkilişi də tamaşaçıların marağına səbəb olsa da, filmin rejissoru belə qərara gəlib ki, sonuncu çəkilən versiyada dəyişiklik edərək filmi bir növ yenidən bərpa etsin.

ƏTRAFLI

Venesiya Film Festivalı - 2020 qalibləri

Dünyanın üç ən böyük kinematoqrafiya hadisəsindən biri sayılan 77 - ci Venesiya Film Festivalının mükafatlandırma mərasimində nəticələr açıqlanıb. Bu barədə festivalın münsiflər heyəti elan edib və qaliblərin təntənəli elan mərasiminin yayımı festivalın saytında həyata keçirilib.

"Qızıl şir"i çinli qadın rejissor Çloe Zhaonun "Nomadland" ("Köçərilərin torpağı") filmi qazanıb. Xatırladaq ki, Sofiya Koppaladan sonra (2010) ikinci qadın rejissor kimi bu nüfuzlu mükafata layiq görülən çinli Xloi Zhao,

ƏTRAFLI

Tanınmış Türk aktyoru Haldun Boysan həyatını itirdi

Bir zamanların əfsanəvi seriallarından olan "Kurtlar Vadisi" serialında "Tombalacı" obrazı ilə tanınan peşəkar aktyor Haldun Boysan, serialın çəkilişləri üçün getdiyi Nevşehirdə ürək tutmasından vəfat edib.

Bir çox film və seriallarda rol alan və unudulmaz obrazları ilə tanınan Haldun Boysan, "Maria və Mustafa" serialının çəkilişləri üçün getdiyi Nevşehirin Ürgüp rayonunda qaldığı oteldə infarkt keçirdi.

Məşhur aktyor təcili yardımla xəstəxanaya aparılıb və həkimlərin,

ƏTRAFLI

Tom Kruz SpaceX ilə birlikdə kosmosda film çəkəcək

Tanınmış aktyor Tom Kruz, "SpaceX" proqramının yardımı ilə kosmosda film çəkməyi planlaşdırır.

Layihə baş tutacağı təqdirdə, bu, kosmosda çəkilən ilk film olacaq.

Hazırda Tom Kruz və Elon Mask NASA ilə əməkdaşlıq etmək üçün ilkin danışıqlar mərhələsindədirlər.

Xatırladaq ki, "SpaceX" isə 2002 - ci ildə texnologiya biznesmeni Elon Mask tərəfindən yaradılmış aerokosmik nəqliyyat şirkətidir.

ƏTRAFLI

Venesiya kinofestivalı qrafikə uyğun baş tutacaq

Venesiya kinofestivalı 1932 - ci ildən keçirilir. Bu festivalın da, Kann kinofestivalı kimi COVİD - 19 səbəbindən təxirə salınacağı düşünülürdü.

Venesiya vilayətinin Terevizo əyalət qubernatoru Luka Dzayya bildirib ki, tədbir qrafikə uyğun baş tutacaq.

Yerli mətbuatın bildirdiyinə görə, pandemiya ilə əlaqədar bir çox layihələr təxirə salındığı üçün bu il Venesiyada əvvəlki illərdən fərqli olaraq az film nümayiş ediləcək. Venesiya Festivalında kino baxışı planlaşdırıldığı kimi,

ƏTRAFLI

Aktyor Tofiq Hüseynov aramızdan ayrıldı

Tanınmış teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün vəfat edib.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949 - cu il iyunun 24 - də Bakı şəhərində anadan olmuşdur. 1971 - ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır.

ƏTRAFLI

Beynəlxalq Film Festivalları

Müasir dünyamızda getdikcə film festivallarının sayı artmaqdadır. Demək olar, yüzlərlə, minlərlə film festivalları mövcuddur. Ancaq bunların hansı statusa malik olması, hansı ənənələrlə fəaliyyət göstərməsi festivaldan-festivala dəyişməkdədir. Dünyada ən nüfuzlu və prestijli film festivalları Belçikada yerləşən Beynəlxalq Film İstehsalçıları Assosiasiyaları Federasiyası tərəfindən (FIAPF) akkreditasiya olunub. Beynəlxalq Film İstehsalçıları Assosiasiyaları Federasiyası 1933 - cü ildə yaranıb,

ƏTRAFLI

Kann Film Festivalı keçirilməyəcək - Qərar verildi

Kann Film Festivalı keçirilməyəcək. Bu barədə festivalın rəsmi nümayəndəsi məlumat yayıb.

Kann Film Festivalının təşkilatçıları iyunun əvvəlində numayiş üçün seçilmiş filmlərin proqramını yayımlayacaqlar.

"Bu gün film festivalını oflayn keçirmək bizim üçün çətin görünür. Buna görə də iyun ayının əvvəlində seçilən filmlərin bir qismini elan etməyi planlaşdırırıq", - deyə festival rəsmisi bildirib.

ƏTRAFLI

Haluk Bilginer'ə Emmy mükafatı!..

Türk aktyoru Haluk Bilginer, 47 - ci "Beynəlxalq Emmy Mükafatları" nın təqdimetmə mərasimində, "Ən yaxşı aktyor" mükafatına layiq görüldü.

Nyu Yorkda təşkil edilmiş 47 - ci "Beynəlxalq Emmy Mükafatları" nın təqdimetmə mərasimində, 21 ölkədən, 11 kateqoriya üzrə 44 namizəd iştirak edib. Mərasimdə 2 xüsusi mükafat və 11 Emmy mükafatı sahiblərinə təqdim edilib.

Türk aktyoru Haluk Bilginer "Şəxsiyyət" dizisindəki "Agah Bəyoğlu",

ƏTRAFLI

2019 - da baxa biləcəyiniz

2019 - cu ildə izləyə biləcəyiniz, ən yaxşı 10 filmi sizlər üçün seçdik.

Bədənindəki cindən qurtarmağa çalışan Kübranın həyatından, atasının yoxluğunda tez böyümək məcburiyyətində olan Joenin həyatından, ova çıxdıqları meşədə vurularaq ağır yaralanan Saleh və Mətinin yaşadıqlarından, 15 yaşındakı Laranın ballerina olmaq üçün verdiyi mübarizədən, rəfiqəsini görməyə gedən Saranən başına gələn qorxunc hadisələrdən və s. bəhs edən bu filmləri bəyənəcəyinizdən əminik.

ƏTRAFLI

Creed II

Əfsanəvi Apollo Creed - in oğlu Adonis Creed öz məşqçisi Rocky ilə yeni həyat dramlarını yaşamaq üçün yenidən rinqə qayıdırlar.

Lakin bu dəfə Adonis - i daha çətin sınaq gözləyir. Çünki bu dəfə onun rinqdəki rəqibi, illər öncə atasını döyüş zamanı öldürmüş İvan Drago - nun oğlu olacaq.

Rejissoru Steven Caple Jr.- ın olduğu filmdə baş rolları Sylvester Stallone, Michael B. Jordan, Tessa Thompson, Dolph Lundgren və digərləri,

ƏTRAFLI

"Yesilçam"ın Azərbaycanlı aktyoru

İstanbul, "Beşiktaş"da anadan olan Azərbaycanlı aktyor Səid Seyid, "Yesilçam"ın peşəkar aktyorlarındandır.

1983 - cü ildə istehsal olunmuş, rejissor və ssenari müəllifi Rehmi Kafadara aid olan "Esir", 1984 - cü ildə istehsal olunmuş, rejissor Temel Gürsu, ssenari müəllifi Arda Uskana aid olan "Yaşadıkça", 1985 - ci ildə istehsal olunmuş, rejissor Remzi Jöntürk, ssenari müəllifi Zeki Alana aid olan "Altar", rejissor və ssenari müəllifi Remzi Jöntürkə aid olan,

ƏTRAFLI