/ MAQAZİN / Tanınmış Türk aktyoru Haldun Boysan həyatını itirdi

Tanınmış Türk aktyoru Haldun Boysan həyatını itirdi

 

Bir zamanların əfsanəvi seriallarından olan "Kurtlar Vadisi" serialında "Tombalacı" obrazı ilə tanınan peşəkar aktyor Haldun Boysan, serialın çəkilişləri üçün getdiyi Nevşehirdə ürək tutmasından vəfat edib.

 

Bir çox film və seriallarda rol alan və unudulmaz obrazları ilə tanınan Haldun Boysan, "Maria və Mustafa" serialının çəkilişləri üçün getdiyi Nevşehirin Ürgüp rayonunda qaldığı oteldə infarkt keçirdi.

 

Məşhur aktyor təcili yardımla xəstəxanaya aparılıb və həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.

 

Haldun Boysan 1958 - ci ildə Ankarada anadan olub.

 

Dil Tarix Coğrafiya Fakültəsinin Teatr bölməsindən məzun olan aktyor, 51 film və 40 serialda rol almışdır.