/ MAQAZİN / Aktyor Tofiq Hüseynov aramızdan ayrıldı

Aktyor Tofiq Hüseynov aramızdan ayrıldı

 

Tanınmış teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov uzun sürən xərçəng xəstəliyindən sonra bu gün vəfat edib.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949 - cu il iyunun 24 - də Bakı şəhərində anadan olmuşdur. 1971 - ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır.

 

Filmoqrafiya:

 

Marş (film, 1982)

Dəvətnamə (film, 1989)

O dünyadan salam (film, 1991)

Köpək (film, 1994)

Kənddən gələn var. II hissə (film, 1997)

Bağdada putyovka var... (film, 2000)

Şirin bülbül (film, 2000)

Ərazi (film, 2005)

Əlvida, cənub şəhəri (film, 2006)

Biz qayıdacağıq (film, 2007)

Cavid ömrü (film, 2007)

Laplandiyalı qonaq (film, 2009)

Mürafiə vəkillərinin hekayəti (film, 2011)

Axırıncı dayanacaq (film, 2014)

 

Televiziya filmləri:

 

Qız atası (serial, 2014)

 

Tofiq Hüseynov 2009 - cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.