/ MAQAZİN / Kann Film Festivalı keçirilməyəcək - Qərar verildi

Kann Film Festivalı keçirilməyəcək - Qərar verildi

 

Kann Film Festivalı keçirilməyəcək. Bu barədə festivalın rəsmi nümayəndəsi məlumat yayıb.

 

Kann Film Festivalının təşkilatçıları iyunun əvvəlində numayiş üçün seçilmiş filmlərin proqramını yayımlayacaqlar.

 

"Bu gün film festivalını oflayn keçirmək bizim üçün çətin görünür. Buna görə də iyun ayının əvvəlində seçilən filmlərin bir qismini elan etməyi planlaşdırırıq", - deyə festival rəsmisi bildirib.

 

Qeyd edək ki, bundan əvvəl festivalın prezidenti Pyer Leskür Fransanın "Le Figaro" qəzetinə verdiyi müsahibədə Kann festivalının 2020 - ci ildə ənənəvi şəkildə keçirilməyəcəyini bildirmişdi.